Bu gün "Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda Moldova "Şerif"i ilə üz-üzə gəlib. Rəqibin adını daşıyan stadionda keçirilən oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.
Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.
"Zirə" "Şerif"i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.
11 iyul
Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
21:00. "Şerif" 0-1 "Zirə"
Qol: Davit Volkov, 88
Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
"Şerif" stadionu
***
UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın "Şerif" və Azərbaycanın "Zirə" komandaları arasındakı oyunun ilk hissəsi başa çatıb.
“İki sahil” xəbər verir ki, komandalar Tiraspol şəhərində keçirilən görüşdə fasiləyə qolsuz heç-heçə ilə yollanıb.
Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.
***
UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın "Şerif" və Azərbaycanın "Zirə" komandaları arasındakı oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Tiraspol şəhərindəki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.