11 iyul 2024 15:49
389

Türkiyə Superliqasında yeni mövsümün püşkü atılıb

Futbol üzrə Türkiyə Superliqasında yeni mövsümün püşkü atılıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçilərindən "Fənərbağça" və "Qalatasaray" I turun matçını evdə, "Beşiktaş" isə səfərdə keçirəcək.

Onlar müvafiq olaraq "Adana Dəmirspor", "Hatayspor" və "Samsunspor"la qarşılaşacaqlar.

Qeyd edək ki, Superliqada I tura avqustun 9-da start veriləcək.