"Yeşilçam"ın ulduzu Kadir İnanırın yenidən səhhəti pisləşib.
“İki sahil” xəbər verir ki, aktyor ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı. O, bu il 2 dəfə xəstəxanaya yerləşdirilərək müalicə alıb.