11 iyul 2024 12:51
325

"Bavariya"nın yeni transferi

Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Fulhem"dən Joau Palinyanı transfer edib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2022-ci ildən fomasını geyindiyi İngiltərə klubunda meydana çıxdığı 79 oyunda 8 qolla yadda qalıb.