11 iyul 2024 00:02
448

AVRO-2024: Niderland - İngiltərə matçında birinci hissə başa çatıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki,  Dortmunddakı “Siqnal İduna Park"da hesab bərabərdir - 1:1.

7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində isə 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.