10 iyul 2024 21:55
460

Mbappe 9 nömrəli forma ilə çıxış edəcək

“Real Madrid” bir sıra futbolçuların forma nömrələrini dəyişdiyini açıqlayıb.

“İki sahil” klubun saytına istinadla xəbər verir ki, yeni transfer Kilian Mbappe Madrid təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Eduardo Kamavinqa 6, Federiko Valverde 8, Aurelien Tçouameni 14, Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrəli forma geyinəcək.

Qeyd olunur ki, “kral klubu” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş formaların satışına başlayacaq.