10 iyul 2024 12:34
524

"Fənərbağça" ona 6 milyon avro təklif edib

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

“İki sahil”  "Hürriyet"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Renn" komandasında çıxış edən Bertuğ Yıldırımla maraqlanır.

Türkiyə millisinin də şərəfini qoruyan 22 yaşlı hücumçu üçün bonuslar daxil 6 milyon avro təklif olunub.

Qeyd edək ki, Bertuğ Yıldırım 2023-cü ilin avqustunda "Renn"ə keçib.