Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsən İqbal ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.
Məlumata görə, tərəflər Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir