Bu il ərzində bağçalarda 3500 nəfər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu günə qədər bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib: "Məqsəd məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir”.