Meksikanın Bakıdakı səfirliyi Azərbaycan diplomatlarını iyulun 9-da qeyd olunan peşə bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibəti ilə biz öz əməyi sayəsində Azərbaycanın dünyaya daha da yaxınlaşmasına töhfə verən bütün diplomatları təbrik edirik”, - paylaşımda qeyd edilib.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir