Dekabrın 12-də Avstriyanın Baumqarten an der Marx qəsəbəsi yaxınlığında yerləşən qazpaylaşdırıcı terminalda güclü partlayışın təmizləyici filtrlər sistemindəki qüsurdan baş verməsi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, “Gas Connect Austria” şirkətinin icraçı direktoru Ştefan Vaqenhofer bu barədə açıqlama verərək deyib: “Partlayış günü ehtimal etdiklərimiz artıq öz təsdiqini tapıb. Çərşənbə günü aparılan araşdırmalar nəticəsində təsdiqlənib ki, həqiqətən də yeni montaj olunmuş filtr ayırıcısı yanğının səbəbi və ya başlama nöqtəsi olub”. İcraçı direktorun sözlərinə görə, filtr ayırıcısının qapağı təzyiq nəticəsində yerindən çıxaraq digər qurğulara dəyib və bu zaman baş verən alışma partlayışla nəticələnib.
Kornoyburq Rayon Prokurorluğu insan ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açıb. Prokurorluq tərəfindən sifariş verilmiş və səkkiz həftə sonra hazır olacaq texniki ekspert rəyi baş vermiş qəzanın səbəb və gedişatı ilə bağlı suallara tam aydınlıq gətirməlidir. Eyni zamanda, partlayışın vurduğu maddi ziyan da müəyyənləşdirilməlidir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir