05 iyul 2024 15:28
361

NATO-nun ABŞ-da keçiriləcək sammitində... - Stoltenberqdən İDDİALI AÇIQLAMA

Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya NATO-nun ABŞ-da keçiriləcək sammitinə Ukraynaya dəstək və Çinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün dəvət olunub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO rəhbəri həmçinin bildirib ki, alyans Polşada yerləşən AEGIS Ashore yerüstü sistemindən istifadə etməklə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə qərar verəcək.

Bundan əvvəl məlum olub ki, NATO Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsinə dair ilk birgə sənəd hazırlayır.