05 iyul 2024 15:24
423

Rusiya Müdafiə Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

Bir həftə ərzində Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus on MiQ-29 və Su-27 qırıcılarını, habelə Ukraynaya məxsus bir Mi-24 hərbi helikopterini məhv edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hava hücumundan müdafiə sistemləri beş ATACMS raketini, beş Neptun-MD idarə olunan raketini, 14 Storm Shadow qanadlı raketini, yeddi Hammer bombasını və bir HARM anti-radar raketini vurdu. 42 HIMARS və Vampire raketlərini və 451 Ukrayna İHA-sını məhv edib.

Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukrayna aerodromlarına dəqiq silahlarla 23 zərbə endirib.