05 iyul 2024 13:37
383

Türkiyənin müxtəlif ərazilərində meşə yanğınları olub

Türkiyənin Aydın əyalətinin Bozdoğan və Nazilli bölgələrindəki yeddi fərqli ərazidə baş verən meşə yanğını nəticəsində 10 hektar sahəyə ziyan dəyib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, yanğına səbəb şimşək çaxması olub.

Təcili müdaxilə nəticəsində yanğınlar söndürülüb.

İnsan tələfatı barədə məlumat yoxdur.