Şimali Qafqazın rayonlarında 43 dərəcəyə qədər isti gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytında məlumat verilib.
Qeyd edilib ki, iyulun 5-6-da Dağıstanda 42-43, iyulun 5-7-də Stavropol diyarında, İnquşetiyada, Çeçenistanda 40, Kabardin-Balkariyada, Şimali Osetiyada 38 dərəcəyə qədər intensiv istilər gözlənilir.
Sinoptiklər qeyd edirlər ki, bəzi rayonlarda istilər yağışla əvəz olunacaq: “İyulun 5-də və iyulun 6-na keçən gecə Stavropol diyarında, iyulun 5-dən 7-nə keçən gecə Qaraçay-Çərkəzdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”