İyulun 5-nə keçən gecə rus işğalçıları Rusiyanın Kursk və Primorsko-Axtarsk vilayətlərindən 32 ədəd Şahed-131/136 döyüş PUA-ları ilə Ukraynaya hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri, zenit-raket bölmələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dron hücumu dəf edilib: “Gecədə səma müdafiəçiləri Nikolayv, Odessa, Xerson, Dnepropetrovsk, Kiyev, Çerniqov və Çerkassı vilayətlərində 32 Şahed PUA-nın hamısını vurublar”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”