05 iyul 2024 09:38
643

İsrail HHQ Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə (İDF) məxsus qırıcılar Livanın cənubundakı Hizbullah hədəflərinə gecə zərbələri endirib. Bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İDF qırıcı təyyarələri gecə saatlarında Livanın cənubundakı Hizbullah hədəflərinə, o cümlədən Cibbane və Kfarhamam bölgələrində Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə hücum edib”, - deyə bazirlikdən bildirilir.

Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri, həmçinin Livanın cənubundakı Naqoura şəhəri ərazisində təhlükənin aradan qaldırılması üçün artilleriya atəşindən istifadə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”