05 iyul 2024 08:43
570

İranda prezident seçkilərinin 2-ci turu başlayıb

İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb.

“İki sahil” xəbər verir ki, 2-ci turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili yarışır.

Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq.

Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.