Mavritaniya sahil mühafizəsi Mavritaniyanın cənub-qərbindəki Ndiaqo şəhəri yaxınlığında 89 qeyri-qanuni miqrantın cəsədini aşkar edib.
“İki sahil” xəbər verir ki, miqrantlar Atlantik okeanının Ndiaqo sahilindən 4 kilometr aralıda qapalı vəziyyətdə qalmış balıqçı gəmisinin göyərtəsində tapılıb.
Bildirilib ki, beş yaşlı qız da daxil olmaqla 9 nəfər Mavritaniya sahil mühafizəsi tərəfindən xilas edilib.
Sağ qalanların dediyinə görə, qayıq 6 gün əvvəl Seneqal-Qambiya sərhədindən çıxıb və Avropaya yollanıb.
Məlumata görə, gəminə 170 miqrant olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”