05 iyul 2024 08:23
404

Sunak: Keir Starmerə zəng edərək qələbəsini təbrik etdim

Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak iyulun 4-də keçirilən parlament seçkilərində qalib gələn Leyboristlər Partiyasının lideri Keir Starmeri təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə R.Sunak özü məlumat verib: "Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi. Mən Keir Starmerə zəng edərək qələbəsini təbrik etdim".

"Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm", - deyə vəzifəsini tərk edən baş nazir əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”