Meksika hakimiyyəti yaxınlaşan Beril qasırğası ilə əlaqədar bütün Quintana Roo ştatı üçün qırmızı təhlükə elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə əyalət qubernatoru Mara Lezama “X”də yayımlanan videomüraciətində məlumat verib: "Təsdiq etmək istəyirəm ki, bütün Quintana Roo əyaləti, yəni bütün 11 bələdiyyə qırmızı həyəcan vəziyyətindədir".
O, əvvəllər Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya qədər zəifləyən Beril qasırğasının yenidən üçüncü kateqoriyaya keçdiyini bildirib.
Qubernator qeyd edib ki, qasırğa Meksika sahillərindən 250 km aralıdadır.
Karib dənizinin şərqində Beril hücumunda, artıq 7 nəfər həlak olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”