Amerikalı ssenarist və rejissor Robert Taun vəfat edib.
“İki sahil” xəbər verir ki, o, 89 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Taun "Sonuncu paltar" (1973), "Chinatown" (1974) və "Şampun" (1975) kimi filmlərə ssenari yazıb. Taun həmçinin "Missiya: Mümkün olmayan" (1996) və "Missiya: Mümkün olmayan 2" (2000) filmlərinin ssenarilərinin də müəllifidir. O, 1975-ci ildə “Çin məhəlləsi” filminə yazdığı ssenariyə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Məqsəd fəaliyyətin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyini artırmaqdır