İnşa ediləcək yeni neft boru kəməri Türkiyədən keçərək digər qonşu ölkələrə uzanacaq və Türkiyə bu nəqldə əhəmiyyətli rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın neft naziri Jabar al-Luaibi deyib. Nazir qeyd edib ki, yeni neft boru kəməri bütövlükdə Türkiyəni qət edəcək: “Bununla da artıq neftin bahalı və təhlükəli olan tankerlə daşınması dövrü geridə qalacaq”.
Qeyd edək ki, hazırda İraqdan Türkiyəyə uzanan 2 paralel boru kəməri var. Son bir ildə bu boru kəmərlərindən Türkiyəyə 280 milyon barrel xam neft daşınıb. Həmin həcmin 65 faizi Türkiyə üzərindən dünya bazarına göndərilib. Bu boru kəmərlərinin ümumi ötürücülük gücü 553 milyon barrel təşkil edir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir