Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qərarın səbəbi açıqlanmır.
Missiyanın vəzifələrini Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyi tərəfindən yerinə yetiriləcək.