01 iyul 2024 09:09
492

Tokayev Çini Qazaxıstanın aparıcı tərəfdaşı adlandırıb

Çin Qazaxıstanın aparıcı ticarət və investisiya tərəfdaşı kimi çıxış edir, iki ölkə arasında ticarət dövriyyəsi 30 il ərzində 100 dəfə artıb.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sinxua agentliyinə müsahibəsində deyib.

“ÇXR Qazaxıstanın aparıcı ticarət və investisiya tərəfdaşı kimi öz mövqeyini ardıcıl olaraq qoruyub saxlayıb. 30 ildən artıq ikitərəfli münasibətlərdə [iki] ölkə arasında ticarət dövriyyəsinin həcmi 100 dəfə artaraq 2023-cü ildə 41 milyard dollara çatıb. tarixi rekorddur”, - Qazaxıstan lideri bildirib.

Tokayevin sözlərinə görə, ötən il Qazaxıstanda dörd ən böyük xarici investordan birinə çevrilən Çin tərəfdən birbaşa investisiyalar 16,4% artımla təxminən 2 milyard dollar təşkil edib. Ümumilikdə, Çinin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 25 milyard dolları ötüb: “Ölkəmizdə 4,7 minə yaxın Qazaxıstan-Çin müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, biz Astana Beynəlxalq Maliyyə Mərkəzinin verdiyi imkanlardan istifadə edərək, maliyyə sektorunda birgə fəaliyyətimizi genişləndirməyə çalışırıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”