01 iyul 2024 08:34
544

Volodin Bayden, Makron, Şolz və Sunakı dünyada sabitliyi pozmaqda ittiham edib

ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın baş naziri Rişi Sunak dünyada sabitliyi məhv etmək üçün hər cür səy göstəriblər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Bayden, Makron, Şolz, Sunak dünyada sabitliyi pozmaq üçün hər şeyi etdilər, ABŞ və Avropa ölkələrinin vətəndaşları hazırkı dövlət başçılarının siyasəti ilə razılaşmır, onların əleyhinə səs verir, istefalarını tələb edirlər”, - deyə V.Volodin “Telegram”da yazıb

Məhərrəm Ağalaroğlu, “İki sahil”