27 iyun 2024 11:22
1422

Komitə sədri: Ətraf mühitin çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur

Ətraf mühitin çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyanı narahat edən məsələlərin həllində Azərbaycan lider ölkələrdəndir: "Bu da qürurverici haldır. Qlobal iqlim dəyişikliyinin həlli asan məsələ deyil. Amma bu, üzləşdiyimiz yeganə problem deyil".

Deputat bildirib ki, həyat sudan asılıdır: "Amma su insanların ən pis istifadə etdiyi substansiyalardandır. Suların çirklənməsi ciddi problemdir”.

"Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı hüquqi bazanın yaradılmasına çalışırıq. Bu, dövrün tələbidir. Çünki insan təbiətsiz yaşaya bilməz. Amma təbiət insansız yaşaya bilər”, - S.Qurbanov qeyd edib.