Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edib.
“İki sahil"in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.
Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.
Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.