20 iyun 2024 13:10
188

Həkim Azər Maqsudovun məhkəməsi başlayıb

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

“İki sahil” xəbər verir ki,  Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.

Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.