18 iyun 2024 08:00
476

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

İyunun 15-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.

“İki sahil” xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının tələbələrinin konserti baş tutub. Səhnədə tanınmış ifaçılar da öz çıxışları ilə konsertə rəngarənglik qatıblar.

Konsert proqramı zəngin repertuar ilə yadda qalıb.

Klassik musiqi axşamında F.Şubert, S.Frank, A.Dvorjak, K.Debussi, S.Prokofyev, D.Şostakoviç, P.Çaykovski və E.İbrahimovanın əsərləri yer alıb.

Tədbir musiqisevərlər və tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Konsert tədbiri həm də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konsertlər silsiləsindəndir.