Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” (“SGE”) şirkəti arasında geniş çeşiddə akkumulyatorların yenilənməsi və onlara xidmət göstərilməsi üzrə strateji əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb.
“İki sahil” xəbər verir ki, batareyaların istifadə müddətinin uzadılması və onlara texniki xidmətlərin göstərilməsi üzrə SGE ilə yeni əməkdaşlıq Sazişi SOCAR və onun Azərbaycandakı müəssisələri üçün dayanıqlı enerji həllərinə və xərclərə qənaətin təmin olunmasına imkan yaradacaq.
Tərəflər akkumulyator həlləri üzrə bütün istiqamətlər, o cümlədən tam akkumulyatorların sınaqdan keçirilməsi, logistikası, müntəzəm texniki xidmət sahələrində əməkdaşlıq edəcəklər.