25 dekabr 2017 20:39
578

Moskvada avtobus faciəsi - 5 ölü, 15 yaralı

Moskvanın qərbində sərnişin avtobusu idarəetməni itirərək yeraltı keçidə düşüb.

AzVision.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub, azı 15 nəfər isə yaralanıb.

Hadisə yerin təcili tibbi yardım maşınları, polis əməkdaşları cəlb olunublar. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.