"Çelsi" heyətinə yeni futbolçu qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. London təmsilçisi "Fulhem"dən müdafiəçi Tosin Adarabioyonu alıb. 26 yaşlı futbolçu "zadəganlar"la 4 illik müqavilə imzalayıb.
Adarabioyo “Mançester Siti”nin yetirməsidir. O, 2020-ci ildən "Fulhem"də oynayırdı. Ötən mövsüm futbolçu bütün turnirlərdə 25 oyun keçirib və 2 qol vurub.