07 iyun 2024 14:45
345

"Qalatasaray" Okan Burukla yeni müqavilə imzaladı

"Qalatasaray" baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi bu gün 50 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil edib. Tədbir "Ali Sami Yen" stadionunda keçirilib. Tərəflər mərasimdə 2 illik müqaviləyə qol çəkiblər.

Qeyd edək ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"ın baş məşqçisidir. O, komanda ilə ardıcıl 2 dəfə Superliqa çempionu olub. Həmçinin "Qalatasaray" bu mövsüm Türkiyə Superkubokunu da qazanıb.