07 iyun 2024 14:25
559

SOCAR-dan Bakı Enerji Həftəsi ilə bağlı paylaşım - FOTO

4-6 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi etdi.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə baş tərəfdaş qismində çıxış edən SOCAR əlamətdar tədbir barədə paylaşım edib.

"İki sahil" həmin paylaşımı təqdim edir:

"Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan 29-cu "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi" və 12-ci "Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi" maraqlı anlarla yadda qaldı."