07 iyun 2024 12:05
490

"Sahdəniz"dən bu il 27 milyard kubmetrdən artıq qaz hasil olunacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu il 27,1 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, hesabata dövründə 4,1 mln. ton kondensat hasil olunacağı gözlənilir.

Qeyd olunur, yataq istismara veriləndən 01.05.2024-ə qədər burada 218,3 mlrd. kubmetr qaz və 45,9 mln. qaz kondensatı hasil olunub.

"Hasil olunan qazın 155,2 mlrd. kubmetri ixraca nəql edilib", - məlumatda bilıdirilir.

“Şahdəniz” yatağı üzrə 4 iyun 1996-cı il tarixində Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Yataq 2006-cı ildə istismara verilib. Qazın və kondensatın ilkin balans ehtiyatı: 1 trln. Kubmetrdən artıq təbii qaz və 2 mlrd. bareldən artıq kondensat. Yatağın işlənilməsinin ikinci mərhələsi üzrə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqli 30 iyun 2018-ci il, Avropaya isə 31 dekabr 2020-ci il tarixlərində başlanılıb.