07 iyun 2024 10:32
375

Azərbaycan yığması yoldaşlıq turnirində ikinci oyununu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma Türkiyənin U-20 komandası ilə qarşılaşacaq.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.