07 iyun 2024 09:34
315

Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bu gün görüləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın bir çox ərazilərində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonunun (Nəsimi, Sabir, Xəqani Vaqif Mirzəyev küçələri, Binə qəsəbəsinin Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, 23 qeyri-yaşayış sahəsi), Binəqədi rayonunun (Biləcəri qəsəbəsi, Mərəzə məhəlləsi, Natavan, Nəsimi, Ə.Qasımov, Y.Huseynov və R.İsmayılov küçələri), Nəsimi rayonunun (A.Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, R.Məmmədov, Moskva prospekti ərazilərində küçələrində), Yasamal rayonunun (“Main” MTK-da), Qaradağ rayonunun (Korgöz, Şonqar, AZNS, Qızıldaş qəsəbələri) Sabunçu rayonunun (H.Cavid, Axundzadə, Ə.Cəfərov, Araslı, Sülh, A.Pəri, H.Balakişiyev, N.İsmayılov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.