Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
“İki sahil” xəbər verir ki, yığma Macarıstanda Albaniya ilə üz-üzə gələcək.
“Haladas SportKomplexum”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü macar Mihali Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
21:00. Albaniya - Azərbaycan
Baş hakim: Mihali Kaprali (Macarıstan)
“Haladas SportKomplexum”, Sombatxey