06 iyun 2024 17:25
388

Bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur - Ziba Mustafayeva

Üç il əvvəlki nəticə ilə müqayisədə bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur.

“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun ikinci günündə “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Z.Mustafayeva qeyd edib ki, SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb. Bakı Ali Neft Məktəbində də son illər xanım məzunların sayında böyük artım görürük”.