06 iyun 2024 18:32
407

İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu A Seriası klubunu çalışdıracaq

İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Alessandro Nesta ölkəsinin "Monza" klubunu çalışdıracaq.

İki sahil "Relevo"ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu postdan ayrılan Raffaele Palladinonun əvəzləyicisi olacaq.

Qeyd edək ki, A.Nesta hazırda İtaliya Seria B təmsilçisi "Redcanu" kollektivinə rəhbərlik edir. Onun komandası cari mövsümü turnir cədvəlində 11-ci pillədə başa vurub.