06 iyun 2024 15:44
359

SOCAR: Yeni əməliyyat modeli bizi qarşıya qoyulan vəzifələrin həllinə daha da uyğunlaşdıracaq

Təşkilati səviyyədə dəyişikliklərə nail olmaq üçün SOCAR dörd əsas istiqamətdən istifadə edir. Bunlara korporativ strategiya, əməliyyat modeli, mədəniyyət və kontekst daxildir.

“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun ikinci günündə “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, yeni əməliyyat modeli SOCAR-ı qarşıya qoyulan vəzifələrin həllinə daha da uyğunlaşdıracaq.

“Biz problemləri həll etmək üçün vahid, inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməyimizi təmin etməliyik”, - deyə Z.Mustafayeva qeyd edib.