06 iyun 2024 13:01
308

SOCAR Xəzərdə neft-qaz əməliyyatları üçün xüsusi standartların hazırlanmasını təklif edir

Xəzər dənizində neft-qaz layihələrinin həyata keçirilməsində Şimal dənizi standartlarının tətbiqi effektiv deyil.

“İki sahil” xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, sözsüz ki, Azərbaycanda işləyən şirkətlər beynəlxalq standartlara uyğun çalışmalıdırlar, bu, təhlükəsizliyi, əməliyyatların davamlılığını və digər prosesləri təmin edir.

“Lakin Şimal dənizi standartlarını, orada istifadə olunan sistemləri Xəzər dənizi şəraitində tətbiq etmək effektiv deyil", - Babək Hüseynov qeyd edib.

Onun vurğulayıb ki, bu məsələnin həlli yolu - Xəzər dənizinə uyğun olan standartların tətbiqidir.

"Əlbəttə ki, beynəlxalq standartlardan istifadə olunmalıdır, amma onları regiona uyğunlaşdırmalıyıq", - Babək Hüseynov əlavə edib. (APA)