Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda son dünya çempionatının finalçısı Qazaxıstan seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk dörd turda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən milli komanda 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.