Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
“İki sahil” İstanbul klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst "qara-qartallar"ı çalışdıracaq.
2+1 illik müqavilə bağlanan 49 yaşlı mütəxəssisin köməkçiləri Can Pol van Qastel və Sərdar Topraktepe olacaq.
Qeyd edək ki, futbolçu karyerasında "Arsenal" və "Barselona" kimi klublarda çıxış edən van Bronkhorst məşqçi olaraq sonuncu dəfə Şotlandiyanın "Reyncers" komandasında çalışıb.
Beşiktaş'a hoş geldin Giovanni van Bronckhorst!#WelkomGvB pic.twitter.com/GEXIpWuvcq
— Beşiktaş JK (@Besiktas) June 5, 2024