05 iyun 2024 17:30
639

Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgilərdə SOCAR öz pavliyonu ilə iştirak edir - FOTO/VİDEO

Xəbər verildiyi kimi, 4-6 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. İyunun 4-dən 6-dək davam edən Bakı Enerji Həftəsi 29-cu Bakı Enerji Forumu da daxil olmaqla üç nüfuzlu tədbiri bir araya gətirir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak edir.

Forumda Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxısyan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya da iştirak edir.

Forum çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan 29-cu “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və 12-ci “Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi” təşkil olunub.

SOCAR Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə baş tərəfdaş qismində çıxış edir. Həmçinin, Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan 29-cu “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və 12-ci “Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi”ndə SOCAR öz pavliyonu ilə iştirak edir.

Orxan Vahidoğlu, "İki sahil"