“Səbail” komandası əsas qapıçısı Səlahət Ağayevlə vidalaşıb.
“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, 33 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, “Səbail” daha əvvəl Ağabala Ramazanov və Adil Nağıyevlə yollarını ayırıb.