04 iyun 2024 17:43
442

"Bavariya" klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb

Almaniyanın "Bavariya" klubu ölkənin cənubunda baş verən daşqın qurbanlarına 1 milyon avro bağışlayıb.

"İki sahil" Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Bavariya və Baden-Vyurtemberq əyalətlərində zərərçəkənlərə yardım üçün vəsait göndərib.

Qeyd edək ki, Almaniyanın cənubunda baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, nəqliyyat kommunikasiyalarında fasilələr yaranıb və təxliyyə işləri aparılır.