04 iyun 2024 17:16
462

"Zirə" icarəyə götürdüyü müdafiəçini birdəfəlik transfer edib

"Zirə" icarə əsasında komandada çıxış edən futbolçu Fuad Bayramovu "Şamaxı"dan birdəfəlik transfer edib.

“İki sahil” xəbər verir ki,  bu barədə kubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu icarə müqaviləsində yer alan bənddən yararlanaraq 25 yaşl müdafiəçini heyətinə qatıb.

Qeyd edək ki, Fuad Bayramov ötən mövsüm "Zirə"nin formasını geyinib. O, komanda ilə Premyer Liqada və Azərbaycan Kubokunda gümüş müfakatçı olub.