“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo “Roma”nın hücumçuları Romelu Lukaku və Paulo Dibalanı transfer etmək istədiyi xəbərinə münasibət bildirib.
"İki sahil" "Goal"a istinadən xəbər verir ki, o deyib: “Bunlar sadəcə olaraq əvvəlki klublarımdakı oyunçularımın adlarıdır. 100 faiz demək istəyirəm ki, “Roma”nın heç bir oyunçusu ilə maraqlanmıram”.